Mask “Mançester Yunayted”i alır – Təklifi də məlumdur

Amerikalı milyarder İlon Mask İngiltərənin “Mançester Yunayted” klubu üçün təxminən 4.5 milyard funt-sterlinq təklif edəcək.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klubun hazırkı sahibi olan Qleyzer qardaşları qarşı tərəfdən 6 milyard funt-sterlinq tələb edirlər. Mançester təmsilçisinin ümumi xərclərindən əlavə, “Old Trafford”un yenidən qurulmasına təxminən 2 milyard pul xərclənə bilər.

Öncədən Səudiyyə Ərəbistanı, ABŞ, Qətər, Çin və Sinqapur investorları Premyer Liqa təmsilçisi üçün təklif göndərməyə hazırlaşırdılar.

Britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted”i almaq üçün “JPMorgan” və “Goldman Sachs” investisiya banklarına dəstək göstərib.

Xatırladaq ki, ötən ilin noyabrında 2005-ci ildən klubun sahibi olan Qleyzer qardaşları onu satmaq istədiklərini bildiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button