Sabiq futbolçunu qatarda ələ salıblar

“Liverpul”un və İngiltərə millisinin keçmiş müdafiəçisi Cimi Karrager “qırmızılar”ın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə məğlub olduqları oyundan bir gün sonra qatar sürücüsü tərəfindən necə trollandığını açıqlayıb.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu baş verənlərə görə bir az üzüldüyünü (“Liverpul”un Çempionlar Liqasından kənarlaşdırılmasını nəzərdə tutur) bildirib:

“Səhəri gün qatarda idim və təbii ki, bir gün əvvəl baş verənlərə görə bir az üzülürdüm. Birdən qatarda Çempionlar Liqasının himni səsləndi. Düşündüm: “Niyə birdən? Mən bunu əvvəllər qatarlarda eşitməmişdim”. Sonra sürücü elan etdi: “Tezliklə Eustona çatacağıq, amma Parisə getmək istəyirsizsə…”.

Fikirləşdim ki, “o nə danışır?” Biz Eustona çatanda da o, eyni şeyi təkrarladı. Orada bələdçidən bu qatarın sürücüsünün kim olduğunu soruşdum. Onun “Arsenal” azarkeşi olduğu ortaya çıxdı. Sonra bələdçidən bunu çatdırmasını xahiş etdim: “Arsenal” 20 ildir heç nə qazanmayıb”. Ümumiyyətlə, sürücü bir az əyləndi, amma ümid edirəm ki, sözlərim ona çatdırılsa, sonradan da olsa, onu ələ sala bildim”.

“Liverpul” Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçında evdə PSJ-yə 0:1 hesabı ilə məğlub olaraq (ilk oyun 1:0; pen – 1:4), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button