“Messinin qayıtması üçün hələ dəqiq tarix yoxdur” – Martino
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messinin zədələnməsi haqda danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun zədədən sonrakı durumunu belə şərh edib:
“Messi irəliləyir, lakin onun qayıtması üçün hələ dəqiq tarix yoxdur. O, komandadan ayrı məşq edir. İndi bizim əsas vəzifəmiz Messi ilə bağlı vəziyyəti mümkün qədər tez həll etməkdir və eyni zamanda, heyətdə onsuz da rəqabətə davamlılığımızı qoruyub-saxlamaqdır”.
37 yaşlı forvard Amerika kubokunda aldığı zədə səbəbindən komandanın bir neçə matçını buraxıb. O, MLS-in cari mövsümündə 12 oyun keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin