Messinin baş məşqçisi uğursuzluğun səbəbini göstərdi
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın KONKAKAF Çempionlar Liqasını tərk etməsinin səbəblərindən danışıb.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Lionel Messinin formasını geyindiyi komandanın argentinalı baş məşqçisi uğursuz nəticənin səbəblərindən biri kimi heyətin kifayət qədər geniş olmamasını göstərib:
“Bizim ehtiyat oyunçular skamyasındakı bütün futbolçular gənc idi. Onlardan yararlanmaq durumunda deyildik”.
Martino əlavə edib ki, təcrübəsiz futbolçuları pis vəziyyətə salmaq istəməyib, ona görə də, bir dəfə də olsun əvəzləmə etməyib.
“İnter Mayami” “Monterrey”ə cavab oyununda uduzaraq (1:3), turniri tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin