“Barselona”nın onunla müqaviləsi avtomatik olaraq yenilənə bilər

“Barselona”nın müdafiəçisi İniqo Martinesin müqaviləsi gələn yayda bitəcəyi üçün mövsümün sonunda komandadan ayrıla bilər. Bununla belə, ispaniyalı futbolçunun “Barsa” ilə müqaviləsinin avtomatik uzadılması mümkündür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Martines bu mövsüm “Barselona”nın ən azı 60 faiz oyunlarında 45 dəqiqədən çox meydanda olarsa, onunla müqavilə avtomatik olaraq yenilənəcək. Kataloniya klubunun hazırkı baş məşqçisi Hans-Diter Flik onu çox dəyərləndirir.

33 yaşlı futbolçu bu yay satıla bilərdi, lakin Flik “Barselona”da əsas oyunçulardan birinə çevrilən mərkəz müdafiəçisinin gedişini əngəllədi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button