
“Martinesi həm meydanda, həm də meydandan kənarda əldən verdik”
“Barselona”nın müdafiəçisi Erik Qarsiya İniqo Martinesin klubdan ayrılması haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun komandaya çox kömək etdiyini və onu itirdiklərini söyləyib:
“Martinesi həm meydanda, həm də meydandan kənarda əldən verdik. O, bizə çox kömək etdi, çünki o, bizdə, gənc oyunçularda olmayan təcrübəyə malikdir. Martinesin keçən mövsümü heyrətamiz idi. Amma bu, futbolda olur, vacib oyunçular bu və ya digər səbəbdən gedirlər, biz onlarsız davam etməliyik. Qalanlar ən yaxşı keyfiyyətlərini nümayiş etdirməlidirlər. Gənc komandamız var, lakin biz hazırıq, bu, bizim məsuliyyətimizdir”.
34 yaşlı futbolçu bu ilin avqust ayında Kataloniya klubu ilə yollarını ayırıb və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına keçib.
”Barselona” bazar günü La Liqada “Valensiya” ilə ev matçı keçirəcək.
Bizi Facebook-da izləyin


