
Helikopterin yanından şəkil paylaşdı – FOTO
Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Buenos-Ayresdə keçirilən çempionluq paradından sonra helikopterin qarşısında kubokla birlikdə fotosunu yayımlayıb. Martinez bu barədə belə yazıb:
“Xalqımızla gözəl bir gün. Sevginiz üçün təşəkkürlər!”
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Dünən Argentinanın paytaxtı Buenos-Ayresdə cənubi amerikalıların qələbəsinə həsr edilən parad keçirilib. Futbolçular tıxac səbəbindən helikopterlə paradın keçirildiyi məkandan çıxıblar.

Bizi Facebook-da izləyin