Martines: “Qalib gəldiyimiz üçün çox şadam”
Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün seçmə mərhələsinin 4-cü turunun İslandiya ilə oyunundan sonra (1:0) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundakı yeganə qolu vuran Kriştiano Ronaldo haqda da fikir bildirib:
“Milli komandada 200 oyun keçirən ilk oyunçu qələbə qolunu da vurdu. Ronaldo üçün yaxşı ssenari idi. O, həm Portuqaliya futbolu, həm də ölkə üçün nümunəvi biridir.
Məncə, İslandiya çox yaxşı oynadı. Çətin matç oldu. Onlar yaxşı futbolçulardan təşkil olunublar. Qarşılaşma ərzində 11 küncdən zərbədən yararlanmaq bizim hücum futbolu oynadığımızı göstərir. Qalib gəldiyimiz üçün çox şadam”.
Əsas vaxta əlavə edilmiş 1-ci dəqiqədə fərqlənən Ronaldo komandasına qələbə qazandırıb. İslandiya millisi isə matçın 81-ci dəqiqəsində meydanda azlıqda qalıb.
Portuqaliya millisi hazırda J qrupunda 12 xalla birinci, İslandiya isə 3 xalla beşincidir.
Bizi Facebook-da izləyin