“Martines qalibdir”

“İnter”də çıxış edən Argentina millisinin hücumçusu Lautaro Martines həmyerlisi Emiliano Martinesin mükafatlandırılmasına münasibət bildirib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, Martinesin Argentina millisinə yeni qoşulmuş gənc futbolçulara həmişə kömək etdiyini söyləyib:

“Martines qalibdir. O, Argentina millisinə yeni qoşulmuş gənc futbolçulara həmişə kömək edir. Qalib olmaq üçün hər şeyi edir. Ona penaltidən qol vurmaq çox çətindir, çünki o, qapının çox hissəsini qapayır”.

“Aston Villa”nın qapıçısı “qızıl top” mərasimində Lev Yaşin kubokunu alıb.

“Qızıl top”un qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri Hernandes olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button