
“İndi məğlubiyyəti qəbul edib, irəli getməliyik” – Martines
Argentina millisinin hücumçusu Lautaro Martines 2026-cı il dünya çempionatının seçmə mərhələsində Kolumbiya yığması ilə oyunun nəticəsindən (1:2) danışıb.
Komanda.az yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu çətin oyun keçirdiklərini bildirib:
“Çətin oyun keçirdik. Quru meydan və isti hava bizə futbolumuzu göstərməyə imkan vermədi. İndi məğlubiyyəti qəbul edib, irəli getməliyik. Komandamız yaxşılaşmalıdır”.
Argentina millisi bu görüşdən sonra 18 xalla turnir cədvəlində 1-ci yeri tutmaqda davam edir. Kolumbiya yığması 16 xal toplayıb və 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin