“Bu, tortun üzərində gözəl albalı olardı” – Argentinalı futbolçu
Argentina millisinin və “İnter”in hücumçusu Lautaro Martines karyerası ilə bağlı hədəflərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, növbəti mükafatlar üçün səy göstərməyin gərək olduğunu söyləyib:
“Mən həmişə deyirəm ki, kubok lövhəsi heç vaxt çox böyük deyil və siz həmişə məmnuniyyətlə yeni kuboklar üçün yer tapa bilərsiz. Düzdür, milli komanda və klubumla artıq çox şey qazandığım üçün mənim bəxtim gətirib, amma siz həmişə növbəti mükafatları qazanmaq üçün səy göstərməlisiz. Təbii ki, İtaliya çempionluğunu kapitan kimi qazanmaq istəyirəm. Düşünürəm ki, bu, tortun üzərində gözəl albalı olardı”.
27 yaşlı futbolçu 2024-cü ildə “İnter”lə İtaliya çempionatında qızıl medallar qazanaraq, A Seriyasında mövsümün bombardiri olub. O, həmçinin Argentina millisinin üzvü kimi Amerika kubokunun qalibi adını qazanıb.
Bizi Facebook-da izləyin