Martines “İnter”lə müqaviləni yeniləyəcək? – Açıqlama

“İnter”in hücumçusu Lautaro Martines İtaliya klubu ilə müqaviləsini uzadacaq.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, argentinalı futbolçunun agenti onu transfer etmək istəyən klubların olduğunu açıqlayıb:

“Lautaro “İnter”də çoxlu qollar vurub, çempionluq yaşayıb. O, milli komanda ilə dünya çempionu olub. Həm “İnter”, həm də Argentina yığması üçün çox iş görüb. Buna görə də, Avropanın digər TOP klublarının diqqət mərkəzinə düşüb.

Martinesi transfer etmək istəyən çox klub oldu, lakin o, heç bir təklifi dinləmək belə, istəmədi. Hər birimiz Lautaro kimi forvard üçün hər şeyin ən yaxşısını etmək istəyirik”.

Martines mövsümlük 60 milyon avro maaşla dörd illik müqavilə təklif edən Səudiyyə Ərəbistanı liqasına keçməkdən imtina etmişdi.

25 yaşlı oyunçu başa çatan mövsümdə “neradzurra”nın heyətində 57 oyuna çıxıb, 28 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button