“Martines “İnter”də qalmaq istəyir” – Klub rəsmisi
“İnter”in baş direktoru Cüzeppe Marotta hücumçu Lautaro Martineslə müqavilənin mümkün uzadılması ilə bağlı vəziyyətdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Marotta argentinalı forvardın komandada qalmaq istədiyini bildirib:
“Martines və onun agenti ilə yeni müqavilə ilə bağlı danışıqlar aparırıq. Eyni zamanda, özümüzü çox sakit hiss edirik. Düşünürəm ki, danışıqlarda heç bir problem olmayacaq, çünki Martines “İnter”də qalmaq istəyir”.
26 yaşlı futbolçu 2018-ci ildə “Rasinq”dən (Argentina) “İnter”ə keçib və onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin