
“Martines “qızıl top”a layiqdir”
“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın hücumçusu Lautaro Martinesin “qızıl top”u qazanmağa layiq olduğunu deyib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun buna layiq olduğunu bildirib:
“Qazanmaq üçün o, “İnter” və milli komandası ilə etdiklərini etməyə davam etməlidir. İnanıram ki, o, dünyanın ən güclü beş futbolçusundan biridir. O, “qızıl top”a layiqdir”.
Martines 2024-cü ildə “İnter”lə İtaliya çempionatında qızıl medallar qazanıb və A Seriyasında mövsümün bombardiri olub. 27 yaşlı futbolçu eyni zamanda Argentina millisi ilə də Amerika kubokunu qazanıb.
“Qızıl top”un mükafatlandırılması mərasimi oktyabrın 28-də Parisdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin