Dünya çempionu “Çelsi”yə keçməyəcək

“Aston Villa”nın qapıçısı Emiliano Martines “Çelsi”yə keçməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” argentinalı dünya çempionu ilə transfer danışıqları aparan klublar sırasında deyil.

London təmsilçisi bu yay Martineslə ümumiyyətlə əlaqə saxlamayıb, çünki əsas diqqəti digər mövqelərin gücləndirilməsinə yönəldib.

32 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 53 oyuna çıxıb, 61 top buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb. Onun “Aston Villa” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button