
Martines Maradonanı geridə qoydu
“İnter”in hücumçusu Lautaro Martines Argentina millisində daha bir rekorda imza atıb.
28 yaşlı forvard dünya çempionatının seçmə mərhələsində Venesuelaya qarşı keçirilən görüşdə (3:0) fərqlənərək, yığmadakı qollarının sayını 33-ə çatdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici ilə Martines əfsanəvi Dieqo Maradonanı (32 qol, 84 oyun) geridə qoyaraq, Argentina millisi tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci pilləyə yüksəlib.
Lautaro Martines – 33 qol, (71 oyun)
Dieqo Maradona – 32 qol, (84 oyun)
Lautaronun qarşısında hələ dörd futbolçu daha var:
Ernan Krespo – 35 qol (64 oyun)
Serxio Aquero – 42 qol (101 oyun)
Qabriel Batistuta – 54 qol (78 oyun)
Lionel Messi – 114 qol (194 oyun)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



