“Onunla maraqlanan təkcə “Barselona” deyil” – “İnter” rəsmisi
İtaliyanın “İnter” klubunun vitse-prezidenti Xavyer Zanetti komandanın üzvü Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, “Barselona”nın hədəfində olan futbolçunun “neradzurra”da qalacağını bildirib:
“Lautaro “İnter”dən ayrılmayacaq. Onunla maraqlanan təkcə “Barselona” deyil. Martines hazırda möhtəşəm klubda oynadığını bilir. O, İtaliyadakı həyatından məmnun görünür. Martines bizim bu günümüz və gələcəyimizdir.
Klublar bir-birinə hörmət göstərir. Müəyyən məbləğ qarşılığında sərbəst buraxa biləcəyimiz futbolçular var. Hansısa klub gəlib o məbləği ödəyəndə, edəcəyimiz çox az şey qalır. Amma hazırda Lautaro “İnter”dən məmnundur və biz də ona hörmət edirik”.
Bizi Facebook-da izləyin