Martines türklərin və ərəblərin təkliflərini rədd edib

Argentina millisinin qapıçısı Emiliano Martines cari mövsümün sonuna qədər “Aston Villa”da qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

33 yaşlı qolkiper Türkiyə və Səudiyyə Ərəbistanı çempionatlarından gələn təklifləri rədd edib. O, yay transfer pəncərəsinin sonunda “Mançester Yunayted”ə keçmək istəsə də, razılaşma baş tutmayıb.

Martinesin “Aston Villa” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button