“Bu, əla xəbərdir” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 18-ci turunun “Brayton”la oyunundan sonra (4:2) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, norveçli futbolçu Martin Odeqard haqda da fikir bildirib:

“Odeqard çox çalışır. Komanda üçün lazım olan hər şeyi edir. Bu gün 4 futbolçumuz qol vurdu. Bu, əla xəbərdir. Belə matçlar növbəti oyunlarda lazımi qərarlar verməkdə bizə kömək edir”.

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan “topçular” 43 xalla turnir cədvəlinə başçılıq edir. Onlar ən yaxın izləyicisi “Mançester Siti”ni 7 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button