
Martin O Nil İngiltərə klubunda

İngiltərənin “Nottingem Forest” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisinin “sükan”ı Martin O Nilə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 66 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Martin O Nil son olaraq İrlandiya millisini çalışdırıb.
“Nottingem Forest”də bir neçə gün əvvəl baş məşqçi Aytor Karanka vəzifəsindən göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin