Qətər – Azərbaycan matçının baş hakimi bilindi

Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi İvan Kruzliak olacaq. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hanko olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək Qətər – Azərbaycan matçı saat 21:00-da başlayacaq.

UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə oyunlar yoxlama xarakterli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button