
Azərbaycan millisi üçün daha bir rəqib
Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma komanda Lixtenşteyn millisi ilə qarşılaşacaq. Martın 26-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Azərbaycan millisi toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin