Maksim Medvedev Azərbaycan millisinin toplanışına qoşulacaq
Martın 15-dən etibarən futbol üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır.
Komanda.az xəbər verir ki, “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev bu gündən milli komandanın toplanışına qoşulacaq. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Maksim daha əvvəl yığmanın baş məşqçisi Canni de Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş etmiş və italiyalı mütəxəssis də Medvedevin xahişini müsbət cavablandırmışdı.
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-də İtaliyada Portuqaliya, 27-də Macarıstanda Qətərlə, 30-da isə Bakıda Serbiya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin