Marsial karyerası ilə bağlı qərar verib
Antoni Marsial yay transfer pəncərəsində “Mançester Yunayted”i tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu mövsümün sonunda azad agent statusu alacaq. O, İtaliya və ya İspaniyada oynamaq istəyir.
Fransalı forvard bir müddət İspaniyada – icarə əsasında “Sevilya”da çıxış etmişdi. 28 yaşlı futbolçunun “İnter”də oynamaq istədiyi barədə məlumatlar yayılıb.
Marsial cari mövsümdə Premyer Liqada 19 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin