
Marselonun klubu Silvanı da istəyir
“Çelsi”nin müdafiəçisi Tyaqo Silva Braziliya çempionatına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fluminense” 38 yaşlı futbolçunu növbəti mövsümdən etibarən heyətində görməkdə maraqlıdır.
Braziliyalı oyunçunun “zadəganlar”la hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. Cari mövsümdə o, London təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Öncədən “Fluminense” İspaniyanın “Real” klubunun sabiq müdafiəçisi Marselonu transfer etmişdi.
Xatırladaq ki, Silva 2004-cü ildə Braziliyanın “Yuventude” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin