”Real”la göz yaşları içində vidalaşdı

“Real” futbolçusu Marselo ilə yollarını ayırıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə vida tədbiri keçirilib. Tədbir zamanı 15 ildir komandada çıxış edən “sambaçı” göz yaşlarına hakim ola bilməyib:

“Özümə söz vermişdim ki, çıxışım zamanı normal danışacam. Amma alınmadı”.

Marselo Madrid komandasında son oyununu Çempionlar Liqasının finalında, 1:0 hesabı ilə qalib gəldikləri “Liverpul”a qarşı keçirib. “Kral klubu”nun heyətində ümumilikdə 545 oyuna çıxan futbolçu 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində 6 İspaniya çempionluğu, 5 ölkə superkuboku, 2 UEFA superkuboku və 5 Çempionlar Liqası titulu var.

Marselonun karyerasını Türkiyə, Çin və ya BƏƏ klublarından birində davam etdirəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button