“Marsel”lə Çempionlar Liqasında mübarizə aparmaq istəyirəm”
Fransanın “Marsel” klubunun baş məşqçisi Andre Villaş-Boaş komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, bunları deyib:
“Marsel”lə Çempionlar Liqasında mübarizə aparmaq istəyirəm. Amma vacib olan məsələ edə biləcəyimiz transferlərlə bağlıdır. Maliyyə baxımından nə dərəcədə yaxşıyıq, bilmək istəyirəm. Bu o deməkdir ki, yaxşı iş görmək üçün şərait yoxdursa, ümumiyyətlə cəhd etməməliyik. Məşqçinin bu cür sığorta istəməsi normaldır. Yeni futbolçular rəqabətdə bizə kömək etməlidir. Lakin klubun maddi vəziyyətindən də xəbərdaram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin