
De Zerbi Fransa klubu ilə anlaşıb
“Brayton”dan ayrılan italiyalı mütəxəssis Roberto de Zerbi Fransa çempionatında özünə iş tapıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı çalışdırıcı “Marsel”lə 3 illik müqavilə bağlayıb.
De Zerbi ötən ayın sonunda “Brayton”dan qarşılıqlı razılıq əsasında ayrılmışdı. İtaliyalı məşqçi 2022-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışırdı. Komanda onun rəhbərliyi altında Premyer Liqanı 11-ci pillədə başa vurub.
“Marsel” ötən mövsüm uğursuzluğa düçar olub və Liqa 1-in turnir cədvəlində 8-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin