Fransa klubu De Zerbi ilə anlaşdığını açıqladı

“Marsel” klubu rəsmi saytında italiyalı baş məşqçi Roberto De Zerbi ilə prinsipial razılığa gəldiyini açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Marsel” De Zerbi və onun heyətinin gəlişini rəsmiləşdirmək üçün bütün maraqlı tərəflərlə işləyir.

45 yaşlı italiyalı çalışdırıcının “Marsel”lə 2027-ci ilin yayına qədər müqavilə imzalayacağı bildirilir.

De Zerbi əvvəllər İngiltərədə “Brayton”u çalışdırıb. Komanda onun rəhbərliyi altında 38 qələbə qazanıb, 20 dəfə heç-heçə edib, 30 məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button