
“Qattuzo ağıllı adamdır”
“Marsel”in prezidenti Pablo Lonqoriyo baş məşqçi Cennaro Qattuzonun işini şərh edib.
Komanda.az “ITA Sport Press”-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin klub üçün güçlü çalışdırıcı olduğunu düşünür:
“O, kluba güclü məşqçi lazım olduğu anda ortaya çıxdı. Qattuzo ağıllı adamdır. Düzgün hesab etdiyim istiqaməti təyin edir. Biz yeni məşqçinin müəyyən etdiyi prinsiplər ətrafında birləşməliyik”.
Liqa 1-in 12 turundan sonra “Marsel” 13 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin