Fransa klubunun Laport planı

Səudiyyə Ərəbistanı çempionatında – “Əl-Nəsr”də çıxış edən ispaniyalı müdafiəçi Emerik Laport yenidən Avropa futboluna qayıda bilər.

Komanda.az “La Provence”-yə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun karyerasını “Marsel”də davam etdirmək imkanı var.

Klub rəhbərliyi Laportu transfer etməyi planlaşdırır, ancaq bu, komandanın cari mövsümün sonunda UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanmasına bağlıdır.

“Marsel” Fransa Liqa 1-də 32 turdan sonra 59 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button