
Mehdini 3 oyunluq cəzalandırdılar
“Marsel”in keçmiş müdafiəçisi və hazırkı idman direktoru Mehdi Benatia “Lion”la oyun zamanı hakimlərin işini tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi matçboyu çox şübhəli məqamların olduğunu bildirib:
“Birinci hissədə və matçboyu çox şübhəli məqamlar oldu. Cənab baş hakim Bastienin bizim oyunu idarə edəcəyini görəndə narahat olduq”.
“Marsel”in müdafiəçisi Leonardo Balerdi matçın ilk 5 dəqiqəsində iki sarı vərəqə alaraq, paltardəyişmə otağına göndərilib.
Fransa Futbol Federasiyasının intizam komissiyası bu ifadələrinə görə Benatianı 3 oyunluq diskvalifikasiya edib. Daha üç oyun üçün diskvalifikasiya yalnız şərtidir.
“Marsel” azlıqda qalmasına baxmayaraq, “Lion”a 3:2 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin