
Fransa klubunda ciddi itki
“Marsel”in yarımmüdafiəçisi Joffrey Kondoqbia Fransa çempionatının 2-ci turunun “Metz”lə oyununda zədələnib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, afrikalı futbolçunun dizində çıxıq var. O, təxminən 6 həftə sonra yaşıl meydanlara qayıda biləcək.
Kondoqbia 2022/23 mövsümünü Madrid “Atletiko”sunda keçirib, 27 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin