Təhqirin cəzası – 4 oyun

“Marsel”in futbolçusu Dmitri Payet cəzalandırılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Liqa 1-in 6-cı turunun “Monpelye” ilə görüşündə birbaşa qırmızı vərəqə alan 32 yaşlı yarımmüdafiəçi 4 oyunluq cəzalanıb.

Payet görüşün 90+3-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandıqdan sonra oyunun baş hakimi Amauri Delerunu təhqir edib. Deleru isə bundan sonra birbaşa qırmızı vərəqə göstərərək, Payeti meydandan qovub.

“Marsel” – “Monpelye” oyunu 1:1 hesablı heç-heçəylə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button