Villaş-Boaşa yeni müqavilə təklifi

Fransanın “Marsel” klubu baş məşqçisi Andre Villaş-Boaşa yeni müqavilə təklif edib.

Komanda.az xəbər verir ki, klub 42 yaşlı mütəxəssisə 2+1 illik müqavilə təklif edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub, mütəxəssisə güvəndiyini və onunla çalışmağa davam etmək istədiyini bildirib.

Daha əvvəl mətbuatda Villaş-Boaşın klubun təklifindən imtina etməsi barədə xəbərlər yayılmışdı. Klub, verdiyi açıqlamada bu xəbərləri təkzib edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button