Zidan o klubda oynamadığı üçün təəssüflənir

Fransa millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi Zinəddin Zidan futbolçu olarkən “Marsel”də oynamadığına görə təəssüflənir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu arzusunun heç vaxt gerçəkləşmədiyini deyib:

“Marsel”də oynamadım, baxmayaraq ki, belə bir arzum var idi. Ancaq heç vaxt gerçəkləşmədi. Onların doğma stadionuna baş çəkəndə və atmosferi hiss edəndə bunun nə qədər böyük bir klub olduğunu anladım”.

Zidan futbolçu karyerası ərzində “Kan”, “Bordo”, “Yuventus”, “Real” kimi klublarda çıxış edib. O, Fransa millisinin üzvü kimi 108 oyun keçirib və 31 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button