“Marsel”də müvəqqəti baş məşqçi
“Marsel” rəhbərliyi istefaya göndərilən Marselino Toralın köməkçisi olan Jak Abardonadonun komandanın müvəqqəti baş məşqçisi olmasına qərar verib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Abardonadonun “Ayaks”la qarşıdakı Avropa Liqası matçında Fransa təmsilçisinin “sükanı arxasında” olacağı bildirilir.
“Marsel”in keçmiş baş məşqçisi Marselino Toral UEFA Çempionlar Liqasının təsnifat mərhələsində uğursuz çıxışa və azarkeşlərin münasibətinə görə komandadan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin