“Marsel”də dava: Tanınmış futbolçu satışa çıxarılır

“Marsel”in yarımmüdafiəçisi Adrien Rabio yaxın vaxtlarda klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rabio komanda yoldaşı Conatan Rou ilə “Renn”ə məğlubiyyətdən sonra paltardəyişmə otağında əlbəyaxa dava edib. Hadisədən sonra hər iki futbolçu müvəqqəti olaraq məşqlərdən uzaqlaşdırılıb.

“Marsel”in rəhbərliyi artıq Rabionu satış siyahısına salıb. Baş məşqçi Roberto De Dzerbi də fransalı futbolçunun komandada qalmasını istəmir. Bu qərar oyunçunun agentinə də çatdırılıb.

Rabio ötən mövsüm “Marsel”in heyətində 31 oyunda meydana çıxaraq, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button