Fransa klubu Veaya 5 illik müqavilə təklif edib

“Marsel” “Yuventus”un futbolçusu Timoti Vea üçün danışıqlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun vingerlə maraqlanması ilə bağlı məlumatlar ötən həftə ortaya çıxıb. İndi isə məsələ dəqiqləşib və “Marsel” artıq 25 yaşlı oyunçu ilə əlaqə saxlayıb. Klub ona 2030-cu ilə qədər olan müqavilə təklif edib. “Yuventus” təklifi qəbul etməyə hazır olsa da, futbolçunun özünün bu razılaşmadan imtina etdiyi bildirilib.

Veanın “qoca sinyora” ilə müqaviləsi 2028-ci ilə kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button