
Fransa klubu Vea üçün danışıqları davam etdirir
“Marsel” “Yuventus”un yarımmüdafiəçisi Timoti Veanın transferi ilə bağlı danışıqları davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı futbolçu Fransaya qayıdıb Roberto de Zerbinin komandasına keçməyə hazırdır, lakin klublar arasında hələlik razılıq əldə olunmayıb. “Marsel” vinger üçün təxminən 15 milyon avro, “qoca sinyora” isə 20 milyon avro təklif edir.
Vea 2023-cü ilin yayında 11 milyon avroya “Lill”dən “Yuventus”a keçib. 25 yaşlı futbolçu Turin klubunun heyətində 78 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin