“Mançester Yunayted”ə 30 milyon avroluq təklif

“Marsel” hücumçu Meyson Qrinvudu transfer etmək üçün “Mançester Yunayted”ə müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu ingilis futbolçu üçün 30 milyon avro təklif edib. Həmçinin, “Marsel”, “Mançester Yunayted”ə Qrinvudun sonrakı satış məbləğinin 40-50 faizinə qədərini verməyə hazırdır.

Ötən mövsüm icarə əsasında “Xetafe”də çıxış edən 22 yaşlı hücumçu İspaniya çempionatında 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button