Fransa klubu Qrinvud üçün danışıqlar aparır
“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
“Marsel” son günlərdə “Mançester Yunayted” rəhbərliyi ilə potensial transferlə bağlı danışıqlar aparır. Fransa klubunun niyyətinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil.
Qrinvud ötən mövsüm “Xetafe”də icarə əsasında çıxış edib və İspaniya çempionatında 8 qol vurub, 6 məhsuldar ötürmə verib.
22 yaşlı futbolçunun xidmətində “Yuventus” və “Atletiko” klublarının maraqlı olduğu da bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin