“Marsel” milli üzvü ilə gücləndi

Fransanın “Marsel” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Şalke” klubunun yarımmüdafiəçisi Amin Ariti heyətinə qatıb.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Fransada dünyaya göz açmış mərakeşli futbolçu satınalma şərti ilə mövsümün sonunadək icarəyə götürülüb. Marsel klubu yayda əlavə 10 milyon avro ödəməklə yarımmüdafiəçinin transfer hüquqlarına da yiyələnə bilər.

Mərakeş yığmasının da üzvü olan futbolçu, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Arit 2017-ci ildən “Şalke”də çıxış edir. 24 yaşlı futbolçu daha öncə Fransada yetirməsi olduğu “Nant”ın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button