“Marsel” Marselinoya tapşırıldı
Fransanın “Olimpik” (Marsel) komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Marselino Qarsiya Toral təyin edilib.
Onunla 2 illik müqavilə imzalanıb. İspaniyalı mütəxəssis istefaya göndərilən İqor Tudoru əvəzləyib.
Qeyd edək ki, Marselino ötən mövsüm “Atletik”i çalışdırıb.
“Olimpik” 2022/2023 mövsümündə Fransa Liqa 1-i 3-cü pillədə başa vurub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin