“Marsel” isveçrəli futbolçu transfer edib

“Marsel” yeni transferi gerçəkləşdirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Fransa təmsilçisi “Yanq Boyz”un müdafiəçisi Ulisses Qarsiya ilə anlaşıb.

“Marsel” 28 yaşlı isveçrəli futbolçu üçün 4 milyon avro ödəyib. Müqaviləyə əsasən isveçrəli 2028-ci il iyunun 30-na qədər “Marsel”ə məxsus olacaq. 

Qarsiya əvvəllər “Verder” və “Nürnberq” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button