
Pavar Fransa klubuna keçə bilər
“İnter”in fransalı müdafiəçisi Benjamin Pavar karyerasını vətənində davam etdirə bilər.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Marsel” maraqlıdır.
Onun bazar dəyəri 25 milyon avro təşkil edir və “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Pavar ötən mövsüm “İnter”in heyətində 38 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Marsel” son mövsümü Liqa 1-də turnir cədvəlini 2-ci pillədə başa vuraraq, UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



