“Marsel” 2 futbolçunun transferini tamamlamaq üzrədir

“Marsel” iki futbolçunun transferi üzərində fəal işləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu “Arsenal”ın hücumçusu Eddi Nketiya və “İnter”in yarımmüdafiəçisi Valentin Karbonini almağa çalışır.

Argentinalı futbolçunun transferi demək olar ki, tamamlanıb. Tərəflər bütün şərtləri razılaşdırıblar ki, sənədləri təkrar yoxlamaq və imzalamaq qalır.

Nketiyaya gəlincə, ingiltərəli forvard transferə icazə verib, lakin “Marsel” hələ də “Arsenal”la təzminat məbləğini razılaşdırmayıb.

19 yaşlı Karboni 15, 25 yaşlı Nketiya isə 30 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button