“Marsel” Gunduzini bu şərtlərlə icarəyə göndərir
“Marsel”in yarımmüdafiəçisi Matteo Gunduzi “Latsio”ya keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma təmsilçisi 24 yaşlı futbolçunu 12 milyon+5 milyon avro bonus müqabilində məcburi satınalma şərti ilə icarəyə götürmək istəyir.
Eyni zamanda, Liqa 1 klubu futbolçunun sonrakı satışından 10 faiz qazanc əldə edə bilər.
Gunduzi 2021-ci ildən “Marsel”də oynayır. O, ötən mövsümdə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, beş qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin