Fransa klubu “Arsenal”la danışıqları bərpa edəcək

“Marsel” hücumçu Eddi Nketianın transferi ilə bağlı “Arsenal”la danışıqları bərpa etməyə hazırdır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Fransa klubu tezliklə ingiltərəli futbolçu ilə bağlı “topçular”la əlaqə saxlayacaq.

25 yaşlı forvardın transfer dəyəri ilə bağlı tərəflər arasında hələ də fikir ayrılıqları var, lakin onlar yaxın gələcəkdə razılığa gələcəklərinə ümid edirlər.

“Marsel”in baş məşqçisi Roberto de Zerbi Nketianı çox bəyənir. O, ötən mövsüm “Arsenal”ın ehtiyat hücumçusu olsa da, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button