“Marsel” “Barselona”nın 2 futbolçusu üçün hərəkətə keçib

Fransanın “Marsel” klubu yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın futbolçuları Kleman Lanqle və Erik Qarsiya ilə maraqlanır. Tərəflər artıq danışıqlara başlayıblar.

22 yaşlı Qarsiya 2022/23 mövsümündə “Barselona”nın heyətində 32 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

28 yaşlı Lanqle isə son mövsümü icarə əsasında “Tottenhem”də keçirib, 35 oyuna çıxıb, bir qol vurub, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button